Reklam
Reklam

Biologiya terminlərinin izahlı lüğəti

naxışlı təlxə

lat. elaphe dione

İlanlar dəstəsinin ilanlar fəsiləsindən sürünən heyvan növü.

Uzunluğu 100-150 sm-ə (bəzən 180 sm-ə) çatır. Zəhərsiz əlvan ilandır. Azərbaycanda Kür-Araz ovalığında, Şirvan, Salyan, Acınohur və Qarabağ düzlərində yayılmışdır. 8-15, bəzən 18-26 yumurta qoyur. Günəş altında çox gözəl və əlvan görünür. İnsan görəndə qaçmağa cəhd edir.

Biologiya terminlərinin izahlı lüğəti