►Hər kəsin törətdiyi əməllərə görə Allah qarşısında cavab verəcəyinə, heç bir cinayətin cəzasız qalmayacağına inam ifadə edən deyim.
Bu obrazlı ifadə bir el rəvayətindən qaynaqlanaraq yayılmışdır.
Həmin rəvayətdə deyilir ki, bir vilayətdə padşahın gözünün ağı-qarası bircə oğlu varmış. Günlərin bir günündə padşah ikinci arvad alır. Sarayda söz-söhbət başlayır, günülәr bir-biri ilə yola getmirlər. Tәzə arvad günüsündən hәr gün ərinə bir söz deyirmiş, әri də yazıq arvada sitəm elәyirmiş.
Bir gün padşahın zəifliyindən istifadə edən tәzә arvad daha təhlükəli oyun düzәldir: padşaһın oğlunun ona sataşdığını deyir. Böhtana inanan padşah qәzәbә gəlib öz oğlunun başını kəsdirir. Yazıq anası ovuclarını oğlunun qanının altına tutub göyün üzünә atır vә deyir: «Allah bu nahaq qanı yerdә qoymasın!» Qan göyün üzünə səpilib qalır. Adamlar heyrətdən yerlərində donur, nə baş verdiyini anlaya bilmirlər. Elə bu vaxt qeybdən səs gəlir ki: «Ey insanlar, qiyamət günü mizan-tərəzi qurulacaq, padşaһı Allaһın һüzuruna gətirәcəklər, əcri verildikdən sonra göyün üzündən o naһaq qan da çәkilib gedəcəkdir».
Әlbəttə, bu rәvayət «yerdә qalmamaq» idiomunun mәcazi mәnası ilә әlaqədar sonradan düzəldilmişdir. Halbuki idiomun «әvәzi verilmәk», «әvəzi çıxılmaq» mənaları da vardır.
Bu deyimə alternativ olaraq dilimizdə «Allah heç kəsin ahını yerdə qoymaz» ifadəsi də işlədilir.
Məsəllər, deyimlər