Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

nadinc [na:dinç] sifət

1. Dəcəl, şuluq, dinc oturmayan. □ Nadinc qız. Çünki yazıq Cəmil doğrusu çox nadinc idi. (C.Məmmədquluzadə).
2. Məcazi mənada: dinc oturmayan, ona-buna sataşan, araqarışdıran, pozğunluq salan, fitnə törədən; təhrikçi. □ ...nadinc adamların sayı çoxalır. (M.S.Ordubadi).
3. Məcazi mənada: sakitlik bilməyən, coşqun. □ Xəzərin nadinc dalğaları... o tənha buruq ətrafında rəqs edir... (Ə.Məmmədxanlı).

Azərbaycan dilinin izahlı lüğəti