ərəb. müzayyan sözü dilimizdə qadın adına çevrilmişdir. Ərəb şəxs adları lüğətlərində Müzəyyən qadın adı kimi qeyd edilməmişdir. Müzəyyən türk xalqlarının əksəriyyətində mövcud qadın adıdır.
Zinət və Zeynal şəxs adları ilə eyni kökdən olan Müzəyyən qadın adı bəzənmiş, süslənmiş, zinətli, bəzəkli mənalarını ifadə edir. Adın təhrif olunmuş forması Müzəyyəm də sonradan müstəqil qadın adı kimi rəsmiləşmişdir.
Azərbaycan şəxs adlarının izahlı lüğəti