1. Xeyir xəbər, şad xəbər, xoş xəbər, sevindirici söz; müjdə. □ Bəndalının səsi həyətdə böyük nicat xəbəri, bir muştuluq kimi səsləndi. (Mir Cəlal).
2. Xeyir (şad) xəbər gətirənə verilən şey, bəxşiş. □ Bu hamıya məlumdur ki, birinin oğlu olanda xəbər gətirib muştuluq alırlar. (C.Məmmədquluzadə).