Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

musiqi [musiqi] isim

1. İnsanın təəssüratını, hiss və ideyalarını ritm və intonasiya cəhətdən mütəşəkkil səslərlə ifadə edən sənət. □ Xalq musiqisi. Şərq musiqisi. Klassik musiqi.
2. Bu sənətə aid əsər və ya əsərlər. □ Ü.Hacıbəyovun musiqisi. M.Maqomayevin musiqisi.
3. Həmin sənətin, vokaldan fərqli olan instrumental (çalğı alətləri ilə ifa edilən) növü. □ Cəfər Cabbarlının “Sevil” əsərinə yazılmış musiqi.
4. Musiqi əsərlərinin ifası; çalğı. □ Musiqiyə qulaq asmaq. Musiqidən zövq almaq. Musiqi səsi.
5. Məcazi mənada: musiqini xatırladan, qulağa xoş gələn, ahəngdar, melodik səs. □...səsi həzin bir musiqi qədər xoş idi. (S.Hüseyn).
6. Musiqiyə aid olan, musiqi ilə bağlı olan. □ Musiqi məktəbi. Musiqi gecəsi. Musiqi alətləri.

Azərbaycan dilinin izahlı lüğəti