Rusiyada bolşeviklərin oktyabr çevrilişindən (1917) sonra Cənubi Qafqazda ali dövlət hakimiyyət orqanı olan Zaqafqaziya Seymində (1918, 23 fevral – 26 may) Azərbaycan partiyalarını təmsil edən deputatlar qrupu.
M.F. 44 deputatdan ibarət olub. Burada “Müsavat” və ona qoşulmuş bitərəflər – 30, müsəlman sosialist bloku – 7, Rusiyada müsəlmanlıq partiyası (“İttihad”) – 3, menşevik-hümmətçilər – 4 deputatla təmsil ediliblər. Fraksiyanın faktiki lideri M.Ə.Rəsulzadə olub.
Tarix terminləri lüğəti