1. Razılıq bildirən, bəyənilən, etiraz doğurmayan. □ Müsbət cavab. Müsbət rəy. Müsbət qiymət almaq. Müsbət xasiyyətnamə.
2. Zərf kimi: məsələ müsbət həll olundu.
3. Lazımi keyfiyyət və xassələrə malik olan, qəbul edilə bilən, ümidləri doğruldan; yaxşı. □ Müsbət təsir.
4. Yaxşı xüsusiyyətləri ilə ətrafındakılardan seçilən, nümunə ola bilən. □ Müsbət tip. Müsbət surət.
5. Riyaziyyat. Sıfırdan böyük. □ Adi ədədləri mənfi ədədlərdən fərqləndirmək üçün onlara müsbət ədədlər adı verilmişdir. (Z.Xəlilov).
6. Fizika. Hissəcikləri proton, pozitron və s.-dən ibarət elektrik növünə aid olan. □ Müsbət yük.
Həmçinin bax: