Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

müsadirə

Redaksiya əmlakının, kütləvi ­informasiya vasitəsi məhsulunun məcburi şəkildə və əvəzi ödənilmədən mülkiy­yət­çidən, yayımçıdan, yaxud satıcıdan döv­lə­tin xeyrinə götürülməsi.

M. yol ve­­rilmiş qa­nun pozuntusuna görə kütləvi informasiya vasitəsinə qarşı tətbiq edilən cəza təd­bir­lərindən biridir. Azərbaycan qanun­veri­ci­li­yinə görə, kütləvi informasiya vasitəsi məhsulunun tirajının, yaxud onun bir his­səsinin M. edilməsinə yalnız məh­kəmənin qərarı ilə yol verilir. Qeyri-qanuni, yəni məhkəmənin qərarı olmadan M.-yə görə məsuliyyət nəzərdə tutulur.

Jurnalistika terminləri lüğəti