Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

minik [minix'] isim

1. Bir yerə getmək üçün nəqliyyat vasitələrinin birinə minmiş adam. □ Ancaq tək-tük üstüörtülü faytonlar içində miniklər görünür. (S.M.Qənizadə).
2. Nəqliyyat vasitələrindən hər hansı biri. □ Bu halda yengələri miniyindən düşürüb gəlinin yanına aparardılar. (R.Əfəndiyev).
3. Sərnişin daşımağa məxsus, sərnişinlərə xidmət edən. □ Minik atından da artıq qoşqu atını mən xeyli dost tutaram. (C.Məmmədquluzadə).
4. Minmə işi, miniş. □ Saat 4-də minik başlandı. Minik qurtaran kimi avtobus yerindən tərpəndi.

Azərbaycan dilinin izahlı lüğəti