►«Dərd nə qədər çox olsa da, hər halda, onun da dərmanı vardır» mənasında işlədilən ifadə.
İfadәnin kökünün «Avesta»ya gedib çıxdığı ehtimal edilir.
Həmin kitab bəyan edir ki, dünyada ilk hәkim Trita adlı bir şәxs imiş. Xeyir allahı Hörmüzd ona Hәyat ağacının dibindә bitən on min dərman bitkisi göndəribmiş. Şər tanrısı Әhrimәn isә adamlara doqquz min doqquz yüz doxsan doqquz mәrәz (xəstəlik) göndәrmişdi.
Fәlsəfәsi nikbinik olan «Avesta»ya görə, hәr halda, dәrman (bir ədəd dә olsa) dәrddən çoxdur. Sonralar bu mürəkkәb rәqәmlərin azalması («on min» әvәzinә «min bir») vә ya yuvarlaq şәklә salınması dilin ümumi yığcamlıq meyli ilә әlaqәdardır.
Mәlumdur ki, dilimizdә «yüz» vә «min» sözlәri konkret kәmiyyәt bildirәn saylardan әlavә, qeyri-müәyyәn çoxluq mənasında da işlәdilir. Burada әsas mәsәlә «min» vә ya «on min» sözündә deyil, nə qәdәr olsa da, dərmanın dәrddәn artıqlığını göstərәn «bir» sözündәdir. Dilimizdә bu ifadә ilә yanaşı, təxminәn eyni mәnada «hәr dәrdin bir dәrmanı var» ifadәsi də işlәdilir.
Alimlərin fikrincə, bütöv, yuvarlaq rəqəmlәrә «bir» rəqәminin artırılması qədim türk xalqlarının tәfəkkür tәrzi ilә әlaqәdardır. Belә әlavә edilәn «bir» rəqәmi digər ifadəlәrdә də özünü göstәrir; mәsәlәn, «Min bir gecә» ifadәsindәki «bir» sözünün işlədilmәsi dә türk xalqlarının təfәkkür tәrzi və onun tәsiri ilә әlaqәdar izah olunur.
Məsəllər, deyimlər