1. Azərbaycanın müəyyən fasilələrlə 1918-ci il mayın 27-dən dekabrın 7-nə (parlamentin açılış gününə) qədər fəaliyyət göstərmiş qanunvericilik səlahiyyətlərinə malik ali hakimiyyət orqanı.
M.Ə.Rəsulzadənin (1884–1955) sədr olduğu M.Ş. 1918-ci il mayın 28-də Tiflisdə Azərbaycanın İstiqlal bəyannaməsini qəbul edib.
2. 1968–1992-ci illərdə Çexoslovakiya federasiyasında Çexiya və Slovakiya respublikalarının ali nümayəndəli orqanlarının adı.
3. Bir sıra ölkələrdə parlamentin yuxarı (Butan, Namibiya, Nepal), digərlərində aşağı (Avstriya, İsveçrə) palatası.
Tarix terminləri lüğəti