Reklam
Reklam

Məsəllər, deyimlər

MƏĞLUBEDİLMƏZ ARMADA

►Zahirən əzəmətli, güclü görünən, əslində isə zəif və içiboş olan bir şey haqqında istehza ilə deyilən ifadə.

Bu ifadənin tarixi XVI əsr İspaniyasına gedib çıxır.

Dövrün ən despot hökmdarlarından olan qorxunc və qəddar II Filipp 1588-ci ildə onun iradəsi ilə hesablaşmayan İngiltərənin üzərinə 160 gəmidən ibarət nəhəng donanma göndərir. O, döyüş qabiliyyətinə və qələbəsinə əmin olduğu donanmaya qürurla «Məğlubedilməz armada» («armada» ispanca «donanma» deməkdir) adı da vermişdi.

Əbəs yerə demirlər ki, sən saydığını say, gör fələk nə sayır. Hadisələrin gedişi tezliklə İspaniya kralını məyus etdi: bir tərəfdən ingilis donanması, digər tərəfdən fırtınalar onun bütün armadasını məhv etdi və bununla da İspaniyanın həmin dövrdə olan dəniz hökmranlığına son qoyuldu.

Bundan sonra zahirən əzəmətli, nəhəng görünən, əslində isə zəif olan bir şeyə rişxəndlə «məğlubedilməz armada» deyirlər.

Məsəllər, deyimlər