Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

media savadı

lat. medium – ara, vasitəçi

İnsanların media məhsullarını müxtəlif formalarda əldə etmək, təhlildən ke­çir­mək, qiymətləndirmək, habelə onları ya­ratmaq bacarığı.

Avropa Komissiyası 2009/625/EC saylı tövsiyəsində M.S. anlayışının beynəlxalq səviyyədə qəbul olunmuş tərifini verib: «M.S. media məhsullarını əldə etmək, qavramaq, onların müxtəlif aspektlərini və məzmununu ­tən­qidi qiymətləndirmək qabiliyyətinin olması deməkdir. M.S.-na fərqli kon­tekst­lərdə kommunikasiya qurmaq baca­rığı da da­xildir».

Jurnalistika terminləri lüğəti