XVIII əsrin sonunda ingilis iqtisadçısı T.Maltus (1766–1834) tərəfindən əsası qoyulmuş demoqrafik nəzəriyyə.
M.-a görə, insanların sosial vəziyyəti, onların yoxsullaşması iqtisadiyyatla deyil, təbiətin “əbədi” qanunları ilə şərtlənir. Belə ki, əhalinin artım tempi yaşayış vasitələrinin, ilk növbədə, ərzaq məhsulları istehsalının artım sürətini xeyli üstələyir. İnsanlar həndəsi silsilə, yaşayış vasitələrinin miqdarı isə ədədi silsilə ilə çoxalır. Nəticədə “əhali artıqlığı” yaranır. M. nəzəriyyəsinə görə, bu proses yalnız böyük insan tələfatına səbəb olan müharibələrlə, epidemiyalarla və kütləvi aclıq halları ilə tənzimlənir.
Tarix terminləri lüğəti