XX əsrin 50-ci illərində ABŞ-da sol və liberal xadimlərə, habelə təşkilatlara qarşı yönəlmiş siyasi cərəyan.
Yad düşüncəyə dözümsüzlük, “əcinnə ovu” M.-in səciyyəvi cəhətləri sayılır. Bu cərəyana senator C.Makkartinin adı verilib. “Amerika əleyhinə fəaliyyət”i araşdıran komissiyanın rəhbəri olmuş senator 1950–1954-cü illərdə ABŞ-da dövlət orqanları, mətbuat, universitetlər, həmkarlar ittifaqları və fermer təşkilatlarına “nüfuz etmiş kommunistlərə” qarşı mübarizə kampaniyasının başında durub. Antikommunizm pərdəsi altında çıxış edən M.-in reallıqda əsas hədəfi liberal ruhlu insanlar – siyasətçilər, incəsənət və elm xadimləri olub. M. tərəfdarları ABŞ-da bir sıra sərt qanunların qəbuluna nail olublar. Onların arasında kommunist, faşist və digər radikal təşkilatları xarici agentlər kimi qeydiyyatdan keçməyə məcbur edən Makkarren qanunu (1950) da var.
Tarix terminləri lüğəti