yun. logos – söz + types – iz
Hər hansı müəssisənin cəmiyyətdə tanınması, seçilməsi məqsədilə hazırlanmış orijinal qrafik görüntü, simvol.
L. qrafik işarə, tam, yaxud qısaldılmış ad, hərf, rəqəmdən ibarət ola bilər. Demək olar ki, bütün media orqanlarının öz L. var. Teleradiokompaniyaların L.-ləri, adətən, simvoldan, nəşrlərin və saytların L.-ləri çox vaxt onların xüsusi şriftlə, fərqli üslubda yazılmış adlarından ibarət olur.
Həmçinin bax:
Jurnalistika terminləri lüğəti