Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

lokal şəbəkə

lat. lokalis – yerli, məhəlli

Növü və texniki göstəricilərindən asılı olmayaraq müəyyən qapalı dairədə fəa­liyyət göstərən rabitə sistemi.

Kiçik otaq­da bir-biri ilə əlaqəli iki kompüter artıq L.Ş. ya­ra­dır. L.Ş., adətən, məhdud ərazidə (ofis, müəssisə daxilində və s.) qurulur. Lakin L.Ş.-ni xarakterizə edən əsas cəhət məsafə deyil, istifadəçi dairəsinin qapa­lılığıdır; məsələn, Yerdəki idarəetmə mərkəzi ilə ondan 12.000 km məsafədə yerləşən kosmik stansiya arasında əlaqə yaradan rabitə sistemi L.Ş.-nin bir növüdür.

Jurnalistika terminləri lüğəti