fr. livre < lat. libra – Roma funtu
1. 1799-cu ildə frank dövriyyəyə buraxılana kimi Fransanın pul vahidi.
2. Orta əsrlərdə Fransada tədavüldə olmuş gümüş sikkə.
Bu sikkə 1834-cü ildə tamamilə tədavüldən çıxarılıb.
3. XVIII əsrin sonunda metrik sistemə keçidə qədər Fransada istifadə olunan tarixi kütlə vahidi.
Bir L. 489,5 qrama bərabər olub.
Tarix terminləri lüğəti