Reklam
Reklam

Tarix terminləri lüğəti

leyb-qvardiya

alm. leibgarde < alm. leib – bədən + lat. guardia – mühafizə, müdafiə

Monarxın şəxsi mühafizəsi və bəzi monarxiyalarda seçmə hərbi hissələrin fəxri adı.

Müvafiq hərbi hissələr antik dövrdən məlum olsa da, terminin özü XVII əsrin sonunda yaranıb: alman dövlətləri, eləcə də Avstriya-Macarıstanda monarxların şəxsi qvardiyasını belə adlandırıblar. Müasir dövrdə monarxiya üsuli-idarəsinə malik əksər dövlətlərin ordularında L.-Q.-lar var. Bu qvardiyalar həm süvari, həm də piyada döyüşçülərdən ibarət ola bilər.

Tarix terminləri lüğəti