1. Kəsməyən, iti olmayan, kəsəri olmayan. □ Küt bıçaq. Küt balta.
2. Məcazi mənada: kütbeyin, gec başa düşən, zehinsiz, dərrakəsiz, fərasətsiz, qanmaz, qavrama qabiliyyətindən məhrum. □ Yaman qonşu, küt oğul; Qov yanından, xətadır. (Atalar sözü).
3. İsim kimi məcazi mənada: kütbeyin, gec başa düşən, zehinsiz, dərrakəsiz, fərasətsiz, qanmaz, qavrama qabiliyyətindən məhrum adam. □ Kütün biridir.
4. Aydın olmayan, aydın eşidilməyən, ahəngdar olmayan; tutqun, zəif. □ Küt tüfəng səsi.
5. Məcazi mənada: kəskin olmayan, o qədər də hiss edilməyən (ağrı, sancı və s. haqqında). □ ..alnında küt bir sancı duydu, başı gicəldi. (M.Rzaquluzadə).
6. Məcazi mənada: ifadəsiz, mənasız, heç bir şey ifadə etməyən. □ Küt nəzər.
Təndirin divarından düşüb od və ya kül üstündə bişən yöndəmsiz çörək. □ İt haradan aldı iki kütü, birini yesin, birini də başının altına qoysun. (Atalar sözü).
Həmçinin bax: