Ali kateqoriyalı kristalloqrafik sinqoniya.
Bir-birinə perpendikulyar və eyni ölçü vahidinə malik üç kristalloqrafik oxla səciyyələnir. α=ß=γ=90°, a=b=c. K.S. kristallarında məchul həndəsi sabit yoxdur. K.S. kristallarının fəza şəbəkəsində elementar özək kubdur. 5 sinfi var. Bunların hər birində 4 üçlük simmetriya oxunun (4L3) iştirakı zəruridir. K.S. kristalları elektrik və istilikkeçirmələrinə, həmçinin optik xassələrinə görə izotropdur.
Coğrafiya terminləri lüğəti