fransız fiziki Qustav Koriolisin adından
Yerin öz oxu ətrafında fırlanması nəticəsində Yer səthində hərəkət edən cisimlərə təsir göstərən inersiya qüvvəsi.
Bu qüvvənin təsiri ilə Yerin fırlanma oxuna bucaq altında hərəkət edən cisimlər, küləklər, dəniz cərəyanları, çay axınları Şimal yarımkürəsində sağa, Cənub yarımkürəsində sola meyillənir. Ekvator (o cümlədən meridianlar) üzrə hərəkət zamanı K.Q. sıfıra bərabərdir. Fenomenin elmi izahını ilk dəfə 1835-ci ildə fransız alimi Qustav Qaspar Koriolis verib.
Coğrafiya terminləri lüğəti