ing. copy paste < copy – üzünü çıxarmaq + paste – yerləşdirmək
Elektron mediada özgə mətninin mexaniki şəkildə köçürülməsi, özününküləşdirilməsi.
İstifadəçinin başqa müəllifə məxsus mətnin üzünü çıxararaq onu öz məqaləsinə daxil etməsi, yaxud elektron səhifəsində yerləşdirməsi K-P. adlanır. Bu termin kompüterdə mətn redaktoru proqramının həyata keçirdiyi əməliyyatın ingilis dilində adından yaranıb.
Jurnalistika terminləri lüğəti