Reklam
Reklam

Fizika terminlər lüğəti

KONSİSTOMETR

elektr. Maddənin konsistensiyasını ölçən cihaz.

K. qənnadı, konserv, ət məhsulları və balıq emalı sənayesində, eləcə də çörək və yağ zavodlarında yeyinti məhsulları və yarımfabrikatların keyfiyyətini müəyyən etmək üçün geniş surətdə işlədilir. Bundan əlavə ondan bitumlu kütlələrin qatılığını (qəlizliyini), hazırlanan qatranın keyfiyyətini, sement istehsalında üyüdülmüş sulu xammalın (şlamın) axıcılığını və s. yoxlamaq üçün istifadə edilir. Konsistensiyası ölçüləcək məhsul ağzı açıq qabda cihazın iynəsi altına qoyulur, iynəyə sabit və ya dəyişən yüklə təsir göstərilir. Birinci halda iynənin obyektə müəyyən dərinliyə qədər batması müddəti təyin edilir, yaxud müəyyən müddət ərzində iynənin obyektə batdığı dərinlik ölçülür. İkinci halda müəyyən müddət ərzində iynəni tələb olunan dərinliyə qədər obyektə batıran yükün kütləsi təyin edilir.

Fizika terminlər lüğəti