lat. conceptus – fikir, anlayış
XX əsr avanqard incəsənətində bədii cərəyan.
K. XX əsrin 60-cı illərinin ortalarında İngiltərə və ABŞ-da eyni zamanda yaranıb. K.-in əsas özəlliyi odur ki, sənət nümunəsinin xarici görünüşünü yox, onun istifadəçidə yaradacağı fikri əsas götürür. Özü də bu fikir çox vaxt ziddiyyətli, bir-birini inkar edən olur. Konseptualistlər iddia edirdilər ki, sənətkarın yeganə dəyərli məqsədi ideyanın və konsepsiyanın yaradılmasıdır. Konseptual incəsənətdə təsvir etmə əhəmiyyət daşımır, onun mənası əhəmiyyət daşıyır. K. – incəsənətin kommersiyaya çevrilməsinə qəti etiraz edır. Konseptualistlərin əsərlərini satmaq və almaq mümkün deyil.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti