lat. concordatum – saziş < lat. concordo – razılıqda olma
Katolik kilsəsinin başçısı Roma papası ilə hər hansı katolik dövləti arasında müqavilə.
Həmin dövlətdə katolik kilsəsinin vəziyyəti, onun ailə-nikah münasibətləri və s. sahələrdə hüquqları bu sənədlə tənzimlənir. İlk K. 1122-ci ildə Roma papası ilə Almaniya imperatoru arasında imzalanıb. Papa VII Piyin 1801-ci ildə Napoleonla və papa XI Piyin 1929-cu ildə Mussolini ilə imzaladıqları müqavilələr tarixdə ən məşhur K.-lara misaldır.
Tarix terminləri lüğəti