Reklam
Reklam

Tarix terminləri lüğəti

konfusiçilik

Qədim Çində meydana gəlmiş və iki min ildən artıq dövr ərzində ölkənin mənəvi həyatına, mədəniyyətinə, ictimai quruluşuna böyük təsir göstərmiş etik-siyasi təlim.

Təlimin əsası e.ə. VI əsrdə böyük mütəfəkkir Konfusi tərəfindən qoyulduğu üçün o belə adlanır. İrsi zadəganların maraqlarının ifadəsi olan K. hökmdarın Allah tərəfindən bəxş edilmiş hakimiyyətini müqəddəs sayır, cəmiyyətin yüksək və aşağı təbəqələrə (“alicənab ərlər”ə və “miskin insancıqlar”a) bölünməsini ümumi ədalət qanunu səviyyəsinə qaldırır. Bu təlim kiçiyin böyüyə, «aşağı»nın «yuxarı»ya itaət göstərməsini müqəddəs vəzifə elan edir. K. e.ə. II əsrdən 1911–1913-cü illər Sinxay inqilabınadək Çinin rəsmi ideologiyası olub.

Tarix terminləri lüğəti