Reklam
Reklam

Tarix terminləri lüğəti

komsomol

rus. коммунистический союз молодежи (kommunist gənclər ittifaqı) sözlərinin ilk hecalarından yaradılmış abreviatura

Kommunist partiyasının rəhbərliyini və prinsiplərini qəbul edən gənclər təşkilatı.

Bu ictimai-siyasi təşkilatın tam adı «Всесоюзный ленинский коммунистический союз молодежи» – «Ümumittifaq Lenin kommunist gənclər ittifaqı»dır. SSRİ-də 1918–1991-ci illərdə fəaliyyət göstərmiş K.-a 14-28 yaşlı gəncləri kütləvi şəkildə üzv ediblər.

Tarix terminləri lüğəti