Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

kommunikativistika isim com. ing. communicology < communication – əlaqə

Müxtəlif dillərin və diskursların (verbal və qeyri-verbal) köməyi ilə sivilizasiyanın müxtəlif mərhələlərində həyata keçirilən kütləvi informasiya əlaqələrinin vasitə və humanitar funksiyalar sistemini öyrənən elm.

Bu elm sahəsi gənc olduğuna görə hələlik sabit adı yoxdur və müxtəlif cür adlanır - ya kommunikasiyalar haqqında elm, ya da KİV-in nəzəri tədqiqatlar sahəsi. K.-nın nəzəri əsasları sintetikdir, çünki onun yaradılmasında jurnalistlərdən başqa sosioloqlar, politoloqlar, iqtisadçılar, kulturoloqlar, etnoqraflar, psixoloqlar, filoloqlar və digər peşə sahibləri də iştirak edirlər.  □ Kommunikativistika sözlüyü.

Azərbaycan dilinin izahlı lüğəti