Fərdlər, sosial qruplar, cəmiyyətlər arasında informasiya mübadiləsi prosesində istifadə olunan üsulların, məlumatın ötürülməsinin bütün formalarının cəmi.
Müasir elmdə K.V. termininin dəqiq sərhədlərini müəyyənləşdirmək mümkün deyil: insanın şüuruna, hiss orqanlarına təsir edən, informasiya çatdıran nə varsa, hamısı K.V. kimi nəzərdən keçirilir. Nəinki media, fərdi və kollektiv ünsiyyət formaları, hətta ünsiyyətin, məlumatın, informasiya daşıyan istənilən əşyanın özü də K.V. hesab olunur.
Həmçinin bax:
Jurnalistika terminləri lüğəti