Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

kommunikasiya sistemləri

lat. communicatio – ümumiləşdirmək, əlaqələndirmək

Nəqliyyat, rabitə, yeraltı və yerüstü kommunal-təsərrüfat şəbəkəsi, əlaqə yolları və üsulları.

K.S. –  maddi istehsal prosesini və cəmiyyətin normal həyat fəaliyyətini təmin etmək məqsədilə yaradılmış infrastrukturun tərkib hissəsidir. Maddi istehsal və həyat fəaliyyəti prosesində informasiyanın ötürülməsinə, çatdırılmasına xidmət edən vasitələrin məcmusu da K.S.-nə daxildir.

Coğrafiya terminləri lüğəti