Quldarlığın yalnız Qədim Yunanıstan və Roma üçün xarakterik olan forması.
K.Q.-da qul (kölə) istehsal vasitələri, məişət əşyaları və s. ilə birlikdə sahibinin mülkiyyəti sayılıb. Sahib kölənin həyatı ilə istədiyi kimi davranmaq, onu alıb-satmaq, bağışlamaq hüququna malik olub. Qorxu hissi və cəza sistemi köləni itaət göstərməyə və daim işləməyə məcbur edib. K.Q. Şərq ölkələrində formalaşmış quldarlıq sistemindən xeyli fərqlənib. Belə ki, Şərq quldarlığında kölə heç də əsas istehsal qüvvəsi sayılmayıb, ayrı-ayrı sahələrdə isə qul əməyinin xüsusi çəkisi kifayət qədər aşağı olub. Şərqdə qul əməyindən, əsasən, ev təsərrüfatında və məişətdə xidmət göstərmək üçün istifadə edilib. Bu səbəbdən Şərqdə qul öz sahibinin şəxsi asılılığında olsa da, K.Q.-dakı qədər sərt istismara məruz qalmayıb. Bəzi hallarda onun hətta öz mülkiyyəti də olub. Şərq quldarlığını K.Q.-dan fərqləndirmək üçün onu bəzən patriarxal quldarlıq da adlandırırlar.
Həmçinin bax:
Tarix terminləri lüğəti