Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

kiçik [kiçix'] sifət

1. Həcmcə, ölçücə balaca; xırda. □ Kiçik əl. Kiçik göz. Kiçik otaq. Kiçik qab. Kiçik kitab. Kiçiyin kiçik yeri var, böyüyün – böyük! (Atalar sözü).
2. Kəmiyyətcə, sayca, miqdarca çox olmayan; az. □ Kiçik bölmə. Kiçik dəstə.
3. Azyaşlı, balaca, yaşca o birindən balaca olan. □ Evin kiçik uşağı. Kiçik bacı. Kiçik qardaş.
4. Məcazi mənada: əhəmiyyətsiz, cüzi, yüngülvarı. □ Kiçik bir hadisə. Kiçik bir mübahisə. Kiçik bir məsələ.
5. Vəzifəcə, rütbəcə, dərəcəcə aşağı. □ Kiçik elmi işçi. Kiçik zabit.
6. İsim kimi: vəzifəcə, rütbəcə, dərəcəcə aşağı. □ Böyük olan yerdə kiçik danışmaz. (Atalar sözü). Yol böyüyündür, su kiçiyin! (Atalar sözü).

Həmçinin bax:

frazeologizm: böyüklə böyük, kiçiklə kiçik olmaq frazeologizm: kiçik çillənin oğlan vaxtı coğrafiya: Günəş sisteminin kiçik cisimləri coğrafiya: kiçik səma cisimləri coğrafiya: suyun kiçik dövranı Azərbaycan dilinin izahlı lüğəti