Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

kəsmə1

Göyçay, Xaçmaz, Quba, Laçın, Lənkəran, Mingəçevir, Salyan

1. Düyü və ya buğda yarması (Göyçay, Xaçmaz, Quba, Lənkəran, Mingəçevir). □ Əyax düyiyə kəsmə de:llər (Göyçay).

2. Yarma xırdası (Salyan). □ Əl daşında çəkəndə kəsməsi də olar, yarması da; Yarma iri olar, kəsmə xırda.

kəsmə2

Kəlbəcər

Bişmiş südlə qatığın qarışığından düzəldilən ağartı növü. □ Gamışın südünnən yaxşı kəsmə olur.

Azərbaycan dilinin dialektoloji lüğəti