►Hər hansı işdə (sövdələşmədə və s.) əvvəlcədən ümumi razılığa gəlmək, şәrtləri dəqiq müəyyənləşdirmək.
İfadə «Kitabi-Dәdә Qorqud» dastanından qaynaqlanır.
Dastanın «Basatın Təpəgözü öldürməsi» boyunda deyilir: «Dәdә Qorqudu çağırdılar, onunla danışdılar, – gəlin kәsim kәsәlim! – dedilər».
Daha sonra bu ifadə işlədilir: «Kəsim dedi, kəsdi. Gündə iki adam, beş yüz qoyun istədi».
Göründüyü kimi, ifadәnin әsli «kәsim kәsmək» şəklindә olmuşdur. Bəzi tədqiqatçıların fikrincə, bu tərkiblər (eyni kökdən düzәlmiş isimlә feilin birlәşmәsi) dilimizin әn qәdim xüsusiyyәtlərindәn olan daxili üzvlü tәkrarlardan ibarәtdir.
Həmin tərkibin müstəqilləşib ayrılıqda işlənə bilməyən birinci komponenti tədricən «kəsəmət//kəsimət» şəkli almış və hazırda bütöv tərkib bir idiomatik ifadə kimi formalaşmışdır. Adətən, belə tərkiblər, daxili üzvlü təkrarlar dildaxili qanunlar əsasında formalaşır.
Məsəllər, deyimlər