►Hədsiz yormaq, qəsdən incitmәk, çox əzab-әziyyәt vermәk.
İfadə hərfi mənada onurğa sütununu qırmaqla bağlı yaranmışdır.
«Kәlәk» sözü insan bәdәnindә beyinlə onurğa sütununu birlәşdirәn hissәni bildirmәk üçün vaxtilə dilimizdə işlәdilmiş, hazırda isə arxaiklәşmişdir.
Bәzi tәdqiqatçılar buradakı «kalak//kәlәk» sözünün «kürәk sümüyü» olduğunu göstәrirlәr ki, «kәlәyini kəsmәk» ifadәsi dә məhz bununla bağlıdır.
Buradakı «kәlәk» sözünün «ilik» ilə (müqayisə et: iliyini vurmaq − öldürmək) əlaqәdar olduğu da ehtimal edilir. Kәlәyi kәsmәklə adamı öldürmәk mümkündür. Ona görə də «kələyini kəsmək» ifadəsində söhbət məhz fiziki əziyyət (incitmək, yormaq və s.) verməkdən gedir.
Bәzi dialektlәrdә «kәlәk» sözü әkin sahәsindәn toplanıb bir yerә yığılmış daş qalağını da ifadә edir. Bəzən bu daş qalaqlarından yerin, sahənin sərhədlərinin nişanlanması üçün də istifadə olunur.
Məsəllər, deyimlər