İş və hərəkətin danışıq vaxtından əvvəl icra olunduğunu (və ya olunmadığını) bildirən zaman forması.
Keçmiş zaman iki cür olur: şühudi keçmiş zaman və nəqli keçmiş zaman. Şühudi keçmiş zaman hərəkətin keçmişdə icra olunub-olunmadığını qətiyyətlə bildirir və -dı4 şəkilçisi ilə düzəlir; məs.: al-dı-m, al-dı-nız və s. Şühudi keçmiş zaman III şəxsin təkində şəxs şəkilçisi qəbul etmir: al-dı. Nəqli keçmiş zaman keçmişdə icra edilmiş və ya edilməmiş hərəkət barədə nəql yolu ilə məlumat verir və -mış4 şəkilçisi ilə yaranır; məs.: al-mış-am, al-mış-san, al-mış-dır və s. Nəqli keçmiş zaman ikinci və üçüncü şəxsdə -ıb4 şəkilçisi ilə də düzələ bilir; məs.: al-ıb-san, al-ıb-dır və s.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti