Jurnalistin professional səviyyəsinə, əxlaqi və mənəvi keyfiyyətlərinə, habelə öz peşə borcuna münasibətinə uyğun olaraq cəmiyyətin ona verdiyi qiymət.
Fəaliyyətinin nəticələri göz qabağında olan və asanlıqla fərdi qaydada qiymətləndirilə bilən bir sıra professional sahələrdə (vəkil, hakim, həkim, müəllim), o cümlədən jurnalistikada «peşə şərəfi» anlayışı «peşə ləyaqəti» ilə sıx bağlıdır və ümumiyyətlə, peşənin ictimai nüfuzunu formalaşdıran mühüm etik kateqoriyadır.
Həmçinin bax:
Jurnalistika terminləri lüğəti