fr. Jacquerie
1358-ci ildə Fransada kəndli üsyanı.
Zadəganlar o zaman kəndliləri təhqiramiz şəkildə “sadəlövh Jak” (Jacques Bonhomme) adlandırıblar. Üsyanın adı buradan götürülüb. Fransa tarixində ən böyük kəndli üsyanı sayılan J.Ü.-nın əsas səbəbləri Yüzillik müharibə nəticəsində ölkədə hökm sürən iqtisadi tənəzzül və dağıntılar, vergi yükünün kəskin artması, eləcə də əhalinin təxminən yarısının həyatına son qoymuş dəhşətli vəba epidemiyası olub. Üsyanın başlanmasına isə kral əsgərlərinin Paris ətrafındakı kəndlərdə törətdiyi kütləvi qarətlər təkan verib. Gilyom Kalın başçılıq etdiyi J.Ü. amansızlıqla yatırılıb, 20 minə yaxın üsyançı edam edilib.
Tarix terminləri lüğəti