yun. hierarchia < hieros – müqəddəs + arche – hakimiyyət
Bütöv bir sistemin hissələrinin, yaxud elementlərinin ciddi tabelilik qaydası əsasında aşağıdan yuxarıya düzülüşü.
Belə tabelilik qaydası mərkəzləşdirilmiş strukturlarda əsas idarəetmə prinsipi sayılır. İ. termininə ilk dəfə V əsrin II yarısında Afina yepiskopu Dionisi Areopagitin traktatlarında rast gəlinir. XIX əsrədək həmin termindən, əsasən, xristian kilsəsinin quruluşunu xarakterizə etmək üçün istifadə edilib.
Tarix terminləri lüğəti