Reklam
Reklam

Azərbaycan dastanlarının leksikası

ismi-əzəm

ər. isim – ad, əzəm – ən böyük, ulu

Duaların ən böyüyü, yalnız Peyğəmbərlərin bildiyi dua kimi də qeyd olunur. (“Koroğlu” dastanının lüğəti)

Pərizad xanım ismi-əzəm oxudu. Nə qədər çölün yırtıcı heyvanı vardı, hamısını gətirdi cığırın içinə. (“Məhbub xanımın Çənlibelə gəlməyi”) (“Ağca Quzu”)

*

Pərizad xanım söhbət eləyə-eləyə ismi-əzəm oxu oxuyub dağın o biri üzündə yeddimərtəbəli bir ev düzəltdi... (“Məhbub xanımın Çənlibelə gəlməyi”) (“Ağca Quzu”)

*

Bir balaca ismi-əzəm ilə dağın qabırğasında bostan göyərtdi. Ağa Koroğlu gəldi gördü qarpız. (“Məhbub xanımın Çənlibelə gəlməyi”) (“Ağca Quzu”)

Azərbaycan dastanlarının leksikası