Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

iqlimin texnogen dəyişməsi

yun. techne – incəsənət, ustalıq + yun. genos – mənşə

Sənayenin inkişafı, infrastrukturun genişlənməsi və bununla əlaqədar istehsal tullantılarının artması, landşaftın pozulması nəticəsində iqlimin pisləşməsi.

Neftayırma, kimya, metallurgiya müəssisələrinin tullantıları atmosferdə karbon qazının konsentrasiyasını yüksəldir, sənaye qurğularında yanacağın yandırılması havanın temperaturunu qismən artırır, bunlar Yer kürəsinin təbii iqliminə bilavasitə təsir göstərir. İ.T.D. termini mənaca iqlimin antropogen dəyişməsi termininə yaxın anlayışdır.

Coğrafiya terminləri lüğəti