►Bəxti gətirməmək, darda qalmaq, çıxılmaz vəziyyətə düşmək; ömrü yarıda qalmaq, ölmək.
İfadə yunan әfsanәlәrindә insan taleyinə yanaşmalardan qaynaqlanır.
Yunan әfsanәlәrinә görә, insanların taleyini, hәyatını idarә edәn ilaһәlәr mövcuddur. Qoca qarılar şәklindә tәsәvvür edilәn bu ilahәlәr insanların hәyatı üçün ip əyirməklə mәşğuldurlar. Әsasәn, üç ilahə-qarı (Kioto, Laxesis, Atrona) xüsusilә mәşhur olmuşdur. Bunlardan biri tale ipini əyirib hazırlayır, ikincisi bu ipi taleyin, gәrdişin bütün faniliklәrindәn keçirib aparır, üçüncüsü isә ipi kәsmәklә insanın һәyatına son qoyur. Bu qarıların obrazı әdәbiyyat vә incәsәnәt әsәrlәrindә də geniş tәsvir olunmuşdur.
Bəzən «zәnciri//kәndiri kәsilmәk» şəklində də işlənən bu ifadә xalq arasında kök salmış bir mövhumi etiqada əsaslanır. Həmin etiqada görə, bu dünyada hәr kәsin həyatı vә taleyi sirli iplә (zәncirlə//kәndirlə) göylәrә bağlıdır. Bu ip qırıldıqda insanın da ömrü sona çatır.
Maraqlıdır ki, «Mәlik Məhəmmәd» vә digәr bir sıra nağıllarda, adәtәn, qәhrәman iplә quyuya salınır, sonra bu ip qardaşlar tәrәfindәn kәsilir, qәhrәman quyuda qalır, zülmәt dünyaya düşür vә s.
Məsəllər, deyimlər