►Hər hansı məsələdə ədalətli, insaflı olmağı təlqin edən ifadə.
İfadə islam dininin müqəddəs kitabı olan «Qurani-Kərim»də insaflı olmağa, kimsənin haqqını tapdalamamağa çağırışlarla bağlı yaranmışdır.
Yüksək mənəvi-əxlaqi dəyərləri təbliğ edən islam dininin əsasında Allaha inam və sevgi ilə yanaşı, hər şeydə insaflı və ədalətli olmaq prinsipi dayanır. Bu mənəvi-əxlaqi dəyərlər müqəddəs kitab olan «Quran»da da öz əksini tapmışdır. 114 surə və 6 min 236 ayədən ibarət olan həmin kitabdakı 77 min 701 sözün arasında «insaf» sözü daha çox işlənir. Hətta bəzi tədqiqatçılar daha dəqiq hesablayırlar ki, «Qurani-Kərim»dəki 3 minlik sətrin 960-da insaf barədə danışılır. İfadə də məhz buradan qaynaqlanır.
Ümumiyyətlə, «Quran» Məhəmməd peyğəmbərə İlahidən nazil olmuş vəhylərin məcmusudur. Peyğəmbər 23 il müddətində aldığı vəhyləri əshabələrinə yazdırmışdır. «Quran» kitab şəklində peyğəmbərin vəfatından sonra yazıya alınmışdır.
Məsəllər, deyimlər