►Sınaqdan keçməmək, özünü təsdiq edə bilməmək, göstərilən etimadı doğrultmamaq.
İfadə alman folklor nümunələrindən qaynaqlanmışdır.
Qədimdə almanlarda belə bir adət vardı: qıza elçi gələndə o, pəncərədən elçi gələn oğlanın oturması üçün səbət asırdı. Bəyənmədiyi oğlan üçün dibi zəif olan səbət asılırdı, ona görə də səbəti qaldıranda o yıxılırdı. Qız evliliyə razı olanda oğlan uğurla yuxarı qalxa bilirdi. XVII–XVIII əsrlərdə bu adət bir qədər sərtləşdi, yəni rədd cavabı verəndə qız elçilərin evinə dibsiz səbət göndərirdi.
Almanlarda elçiliyə getmək, bir növ, bəxti sınamaq, imtahana girmək kimi ağır iş sayılırdı. Rus adətlərində də bu, eyni şəkildə qəbul olunur, elçilik uğursuz alındıqda isə «imtahandan, sınaqdan çıxmamaq» ifadəsini işlədirdilər.
Hazırda dilimizdə geniş işlənən bu ifadə bizdə də məhz «yoxlamadan, gizli və ya aşkar sınaqdan, imtahandan çıxa bilməmək», «etimadı doğrultmamaq» mənalarında qavranılır.
Məsəllər, deyimlər