Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

improvizasiya

lat. improvisus – gözlənil­məyən, qəfildən, ani

1. İfa və ya çıxış zamanı əvvəlcədən nəzərdə tutulmayan gedişlər, mətndə gözlənilməz dəyişikliklər.

2. Müəyyən bir hadisəyə əvvəlcədən hazır­laşmadan, dərhal verilən reaksiya.

3. Bə­dahətən ifa edilən musiqi, söylənilən şeir və s.

Uğurlu İ. insandan istedad, zəngin müşahidə, iti ağıl, bədii təfəkkür, söz sənəti sirlərinə dərindən bələd olma kimi xüsu­siyyətlər tələb edir.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti