lat. immigraro – köçüb gəlmək
Bir ölkənin vətəndaşlarının daimi, yaxud uzunmüddətli yaşayış üçün başqa ölkəyə köçüb gəlməsi.
Qısamüddətli yaşayış üçün səfər İ. hesab olunmur. İ.-nın iki başlıca səbəbi var: başqa ölkədə həyatın cəlbediciliyi, yaxud şəxsin öz ölkəsində üzləşdiyi iqtisadi çətinliklər, siyasi təzyiqlər. Fövqəladə hallar, müharibələr zamanı kütləvi İ. halları da baş verə bilər. Demoqrafik böhran keçirən bəzi ölkələr İ. üçün əlverişli rejim yaratmaq, digərləri onu məhdudlaşdırmaq üçün tədbirlər görür. Qeyri-leqal İ. başqa ölkə vətəndaşlarının ölkəyə qanuna zidd yollarla daxil olması və yerləşməsi deməkdir.
Həmçinin bax:
Tarix terminləri lüğəti