Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

idi, imiş, isə hissəcikləri

Müxtəlif nitq hissələrinə ar­tı­rı­laraq işin, hadisənin keçmişə aid olduğunu bildirən his­sə­ciklər.

Bu hissəciklər birbaşa feilin kökünə və ya başlanğıc formasına deyil, yalnız feil şəkillərinin şəkil­çilərindən sonra artırılır və qoşulduğu sözü cümlənin xəbərinə çevirir. İdi, imiş əmr şəkli ilə, isə hissəciyi isə əmr, arzu və şərt şəkli ilə işlənmir.  İdi imiş xəbər şəklinin şühudi keçmiş zamanı ilə işlənə bilmədiyi halda, isə şühudi keçmiş zamanla (aldı isə//aldısa), eləcə də idi, imiş hissəciklərindən sonra da işlənə bilir: yaz-ır-dı-m-sa, yaz-acaq-mış-lar-sa və s. İsə hissəciyi artırılmış söz cümlənin müstəqil xəbəri ola bilmir, tabeli mü­rəkkəb cümlənin budaq cümləsində işlənərək baş cümlədəki hərəkət və ya hökmün asılı olduğu şərti bildirir: Həqiqəti bilirsənsə, deməlisən.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti