Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

HEYBƏT ərəb.

heybat sözündəndir. Heybət sözü Azərbaycan dilində həm qorxu, zülm, dəhşət, vahimə və eyni zamanda hörmət hissi oyandıran hal, görkəm, həm də çalışqan, namuslu, izzət, ləyaqət mənasındadır.

Heybət antroponimi qorxulu, qəribə (hörmətə layiq anlamında) görkəm anlamlarını ifadə edir. XX əsrin ortalarına qədər məişətimizdə geniş yayılmış Heybət kişi adı bu gün müşahidəediləcək dərəcədə azalmışdır. Addan formalaşmış soyadlara kifayət qədər rast gəlinir.

Azərbaycan şəxs adlarının izahlı lüğəti